Dünyaca məşhur aktyor vəfat etdi – FOTObackend

Dünyaca məşhur aktyor vəfat etdi - FOTO

Amerikalı aktyor və restler Halk Hoqan 71 yaşında vəfat edib.

KONKRET.az milli.az-a istinadən xəbər verir ki, onun vəfat etdiyi haqqında TMZ məlumat verib.

“Halk Hoqan Florida ştatının Kliruoter şəhərindəki evində infarkt keçirərək 71 yaşında vəfat edib”, – məlumatda deyilir.

Qeyd edək ki, əsl adı Terri Bollea olan Halk Hoqan karyerasına 1977-ci ildə başlayıb və 30 ildən artıq müddətdə ABŞ restlinqinin əsas simalarından biri olub. Halk Hoqan həmçinin aktyor kimi də tanınıb. Onun kino sahəsində ilk rolu 1982-ci ildə “Rokki 3” filmində olub. Sonrakı illərdə o, müxtəlif Hollivud layihələrində çıxış edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*