Finlandiyanın Kotka şəhəri yaxınlığında yerləşən Kyumeneqorod qalası şəhər rəhbərliyi tərəfindən rəmzi qiymətə 1 avroya (təxminən 2 manat) alınaraq turizm və mədəniyyət mərkəzinə çevriləcək.
KONKRET.az Milli.Az-a istinadən xəbər verir ki, qala 18-ci əsrdə Rusiya-İsveç müharibəsi dövründə müdafiə məqsədilə tikilib.
Müharibədən sonra hərbi əhəmiyyətini itirən istehkam sonradan qaçqın düşərgəsi, xəstəxana və təlim sahəsi kimi istifadə olunub.
Sonuncu dəfə 2005-ci ildə istifadə edilib və illərlə baxımsız qalıb.
Yeni plana əsasən, ərazidə muzey, sərgi və tədbir sahələri yaradılacaq və qala yaxın illərdə ictimaiyyətə açılacaq.