Dəyəri 1 milyon dollar olan “Meçta” yaxtası yanaraq Volqada batıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya teleqram kanalı məlumat yayıb.
Yanğının ilkin səbəbi elektrik naqillərində olub. Hadisə Saratov vilayətində baş verib. Gəmidə olan 6 nəfər yanğını söndürməyə çalışsa da, buna nail ola bilməyiblər. Yanğın geniş ərazini əhatə edib və bu zaman sərnişinlər suya tullanıb.
Təsadüfən ərazidən keçən kiçik ölçülü qayıq insanları xilas edib. Yaxta isə tamamilə yanaraq kül olub.