backend

10 günlük qış yarmarkaları təşkil olunacaq

Bakı və Abşeronda bayramla əlaqədar yarmarkalar təşkil ediləcək.

KONKRET.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova bildirib.

Onun sözlərinə görə, qış yarmarkaları Yasamal, Binəqədi, Nərimanov, Suraxanı və Abşeronun rayonlarında təşkil ediləcək: “Azərbaycanlıların Dünya Həmrəyliyi və Yeni İl bayramı ilə əlaqədar dekabrın 21-dən ongünlük qış yarmarkası təşkil ediləcək. Həmin yarmarkalarda kənd təsərrüfatı məhsullarının satışı ilə yanaşı, əhali üçün əyləncəli şou-proqram da nəzərdə tutulub”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*