“10 və 11-ci siniflər nə üçün lazımdır” – Emin Əmrullayev açıqladıbackend

"10 və 11-ci siniflər nə üçün lazımdır" - Emin Əmrullayev açıqladı

“Biz həqiqətən də 10-11-ci siniflərin məzmununa yenidən baxmalıyıq. Düşünməliyik və müzakirə aparmalıyıq ki, on və on birinci siniflər nə üçündür?”

KONKRET.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində deyib.

“Bu ali təhsilə hazırlıqdırsa, cəmiyyət bizdən bunu tələb edirsə, biz buna uyğun məzmun hazırlayaq. Biz deyiriksə, on və on birinci siniflər yalnız ali təhsilə hazırlıq deyil, bu, həm də şəxsiyyətin formalaşdığı bir dövrdür, o zaman başqa bir model seçməliyik”, – nazir vurğulayıb.

O qeyd edib ki, bu istiqamətdə müəyyən ilkin çalışmalar var, lakin nazir detalları açıqlamayıb.

“Amma inanıram ki, 2024-cü ilin əsas istiqamətlərindən biri məhz bu olmalıdır”, – Emin Əmrullayev bildirib.

  • Aysu
    Yanvar 9, 2024 - 03:37

    Mencede 10/11 ci sinifler levg olunsun cunki artig biz gencler 10/11 vereceğimiz qrupun fenlerin nezere alarag bir sözler vereyimiz qrup fenleri oxuyurug diğer fenlerle vaxt itirmirik. Mence 10/11 ci sinifide gedip dersde vermediyimiz bir fen ucun 45 deyg oturmagimizin yeri yoxdu vaxt itkisidi men bele dusunuremki olkede olan gençlerin hamsini deye bilmerem ama en azinnna. Bir xeylisinin mektebe gedip 10-11 sinifleri oxuyarag vaxt itkisinden universtete gire bilmediylerini dusunurem.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*