10 yaşlı qız Eynşteyn və Hoakinqi üstələdibackend

10 yaşlı qız Eynşteyn və Hoakinqi üstələdi

Britaniyanın Birmingem şəhərində məktəbli qız “Mensa” təşkilatında yetkinlik yaşına çatmayanlar üçün IQ testindən keçib və 162 bal toplayaraq Albert Eynşteyn və Stiven Hoakinq kimi alimlərin göstəricisini (hər ikisi 160 bal) üstələyib.

KONKRET.AZ Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə “The Sun” yazıb.

10 yaşlı Freya Manqotra Birmingem ətrafındakı Ecbastondakı məktəbdə oxuyur. Qız dahi kimi qəbul olunub, artıq qızlar üçün Kral VI Eduard məktəbindən ona təqaüd də təklif olunub.

Manqotranın həmçinin taekvondo üzrə qara kəmər sahibi olduğu, teatr, şahmat, üzgüçülük və Bollivud filmləri üslubundakı rəqslərlə maraqlandığı da məlumdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*