1000-ə yaxın sakinə vaxtı keçmiş peyvənd vurulubbackend

1000-ə yaxın sakinə vaxtı keçmiş peyvənd vurulub

Nyu-Yorkda 1000-ə yaxın sakinə vaxtı keçmiş “Pfizer” və “BioNTech” peyvəndi vurulub.

KONKRET.az xəbər verir ki, bu “New York Post” xəbər verib.

Məlumata görə, “Times Square” peyvəndləmə məntəqəsi 899 pasiyentin elektron ünvanına bununla bağlı xəbərdarlıq yollayıb.

Məntəqənin operatorunun sözlərinə görə, koronavirusa qarşı vaksinasiyadan sonra preparatın dondurucu kamerada lazım olduğundan daha uzun müddət saxlanıldığı öyrənilib.

Mütəxəssis əmin olduğunu bildirib ki, bu preparatlar insan sağlamlığı üçün mənfi nəticələrə səbəb olmamalıdır.

Bundan başqa, vaxtı keçmiş preparatla vaksin olunan Nyu-York sakinlərinin yenidən peyvənd edilməsi də tövsiyə olunub. Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*