Hökumət 2 il əvvəl kiçik dövriyyəli mikrosahibkarlıq subyektlərini 2%-lik (Bakıda 4%) sadələşdirilmiş vergidən məhrum edib 5%-lik güzəştli gəlir vergisinə keçirmişdi. İndi bu güzəştu də onların əlindən alıb 20%-lik gəlir vergisinə keçirməyə hazırlaşır.
KONKRET.az xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev bildirib.
“Yəni bu gün 1000 manat gəlirə görə 50 manat ödəyən mikrosahibkar yanvardan 200 manat ödəməli olacaq. Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdən görünən budur”, – o qeyd edib.