101 yaşlı qadın həkimlərə kömək etmək üçün qeyri-adi bir yol tapdıbackend

101 yaşlı qadın həkimlərə kömək etmək üçün qeyri-adi bir yol tapdı

Keçmiş tibb bacısı və II Dünya Müharibəsi qazisi Joan Rich 102 yaşı münasibəti ilə yerli parkı 102 dəfə dövr etməyi qarşısına məqsəd qoyaraq Britaniyanın Milli Səhiyyə Xidmətinə (NHS) 22.000 funt sterlinq yığıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Belfast Telegraph” nəşri yayıb.

Mənbə bildirir ki, qadın 100 yaşına çatmazdan əvvəl 25 metrlik həyətini 100 dəfə gəzərək həkimlər üçün 32 milyon funt sterlinqdən çox pul yığmağı bacaran II Dünya Müharibəsinin britaniyalı qazisi Tom Murun yolunu davam etdirməyə qərar verib.

Bu anda təqaüdçü Felixstow şəhərində yerləşən Allenby Parkda 100 dövrəni tamamlamağı bacarıb. Qadın əlil arabasından istifadə edərək hər dövrə üçün 560 metr yol gedir. Joan son dairəni ad günündə – 11 sentyabrda bitirəcəyini planlaşdırır.

Qadının qızı JustGiving platformasında hər kəsin Joanın təşəbbüsünü dəstəkləyə biləcəyi bir səhifə yaradıb. Bu anda ianələr artıq mindən çox adam tərəfindən göndərilib, toplanan məbləğ əvvəl təyin olunan min funt sterlinq hədəfi xeyli aşıb.

“Kömək etmək üçün edə biləcəyim tək şey ser Tom kimi gəzməkdir, inşallah bir şey dəyişəcək” deyib Joan.

Bundan əvvəl Böyük Britaniya kraliçası II Yelizaveta həkimlərə kömək etdiyi üçün 100 yaşlı veteran Tom Mur haqqında xoş sözlər demişdi.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*