11 ayda istehlakçılara 140 milyon manat ƏDV qaytarılıbbackend

11 ayda istehlakçılara 140 milyon manat ƏDV qaytarılıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda fiziki şəxs istehlakçıların pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən aldığı mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilmiş xidmətlərə görə ödədiyi əlavə dəyər vergisinin (ƏDV) 140 milyon 288 min manatı geri qaytarılıb.

KONKRET.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Xatırladaq ki, ölkəmizdə bir sıra sahələrdə malların alışı və xidmətlərin göstərilməsi zamanı ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5 %-ni, nağd ödənişlər üzrə 5 %-ni müvəkkil bank istehlakçılara geri qaytarır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*