11 yaşlı uşağın axtarışları davam edirbackend

11 yaşlı uşağın axtarışları davam edir

26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir.

KONKRET.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hazırda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunmaqla uşağın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*