Ağlamağın sağlamlığa təsiribackend

Ağlamağın sağlamlığa təsiri

Amerikada aparılan araşdırmaya görə, qadınlar ayda 4 dəfə ağlayırsa, kişilər ay ərzində təxminən 2 dəfə göz yaşı tökürlər.
Cəmiyyətdə ağlamaq zəiflik əlaməti kimi qəbul edilsə də, onun düşünüldüyündən daha çox xeyiri var. Ağlamağa ehtiyacınız olduğunda göz yaşlarınızı saxlamağa çalışmayın. Hətta müalicə məqsədli ağlama seanslarını da qəbul edə bilərsiniz.

Stresi aradan qaldırma təsiri var
Aparılan bir araşdırma stresli zamanlarda ağlamağın rahatlanmağa kömək edə bildiyini təsdiqləyib. Ağladıqda həmin an olmasa da bir neçə dəqiqə sonra vücud rahatlar və biz özümüzü daha sakit hiss edərik.
Bundan başqa, araşdırmaçıların rəyinə görə, ağlamaq parasempatik sinir sistemini (PNS) aktivləşdirir. Aktivləşən PNS-nin isə beyində sakitləşdirici təsiri vardır.

Qan təzyiqinizi nizamlayar
Yüksək təzyiq iflic, ürək çatışmamazlığı, qəlb yetməzliyi və hətta böyrək çatışmamazlığı kimi ciddi sağlamlıq problemlərinə yol aça bilir. Aparılan bir neçə araşdırmaya görə, ağlamaq yalnız qan təzyiqini aşağı salmır, onu nəzarət altında saxlaya da bilir.

Toksinlərin atılmasına kömək edir
Ağlayarkən axan göz yaşları gözlərinizdəki duman və toz kimi yığıntıları təmizləmək qabiliyyətindədir. Bundan başqa, vücudda stressdən qaynaqlanan toksinləri də göz yaşları ilə ata bilərsiniz. Toksinlərin bu şəkildə uzaqlaşdırılması daha xəfif ruh halı yarada bilər. Bu səbəbdən də ağladıqdan sonar ruh halındakı ağırlığın aradan qalxdığını hiss etməyimiz təəccüblü deyil.

Ağrını azaldır
Fiziki olaraq acı çəkdiyimizdə göz yaşları adətən sistemsiz bir şəkildə tökülməyə başlar. Bu, vücudun ağrı hissini azaltma üsuludur. Araşdırmalar duyğusal anlamda gözyaşı tökmənin oksitosin və endorfin ifraz etdiyini də sübut etmişdir. İfraz olunan bu hormonlar insanların özlərini yaxşı hiss etmələrinə kömək etməklə yanaşı, fiziki və duyğusal acını yüngülləşdirməyə yardım edir.

KONKRET.AZ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*