Özbəkistanda orta məktəblərin mərhələli şəkildə 12 illik təhsil sisteminə keçməsi planlaşdırılır.
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, bu barədə “Uzbekistan 24” telekanalına açıqlamasında Məktəbəqədər və Məktəb Təhsili Nazirinin müavini Sərdor Rəcəbov məlumat verib.
Yeni sistemə görə, altı yaşlı uşaqlar üçün əlavə hazırlıq ili nəzərdə tutulur. Rəcəbovun sözlərinə görə, bu dəyişiklik həm təhsilin keyfiyyətini artıracaq, həm də məzunların xarici universitetlərə qəbul zamanı qarşılaşdığı hazırlıq kursu məcburiyyətini aradan qaldıra bilər.