14 il deputat olub, indi icra başçısıdır – FOTObackend

14 il deputat olub, indi icra başçısıdır - FOTO

Azərbaycanda deputat mandatını icra başçısı postuna dəyişən məmurlardan biri də Rüstəm Xəlilovdur.

KONKRET.az metbuataz-a istinadən xəbər verir ki, Rüstəm Xəlilov 1958-ci il iyunun 1-də Sabirabad rayonunun Hacıbəbir kəndində anadan olub. O, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. Rüstəm Xəlilov 2005-ci ildə 64 saylı Sabirabad ikinci seçki dairəsindən Milli Məclisin üzvü seçilib. Onun deputat karyerası 14 il davam edib.

Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin dekabrında Rüstəm Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Beş il sonra isə vəzifəsindən azad edilərək Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Rüstəm Xəlilov 17 sentyabr 2024-cü ildən Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

Digər icra başçılarından fərqli olaraq Xəlilovun adı heç vaxt qalmaqallarda hallanmayıb. O, mətbuatla əməkdaşlığa həvəssiz yanaşan icra başçısı kimi tanınır.

Fotoda: Salyan Rayon İcra Hakimiyyətinin başçısı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*