14 şəhidin içində adı “İşçi Nəbiyev” yazılan şəxsin kimliyi bilindi – İlk və yeganə azərbaycanlıdır ki…backend

14 şəhidin içində adı “İşçi Nəbiyev” yazılan şəxsin kimliyi bilindi – İlk və yeganə azərbaycanlıdır ki...

13 hərbçinin və 1 işçinin şəhid olduğu helikopter qəzasında “işçi” kimi təqdim olunan şəxsin kimliyi bəlli olub.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Qeyd olunub ki, həmin şəxs ehtiyatda olan Polkovnik Nəbiyev Elçin Fikrət oğludur. 1967-ci ildə Balakəndə doğulan Elçin Nəbiyev sovet vaxtı Rusiyanın MİQ-31 qırıcı təyyarəsində uçuşlar həyata keçirən ilk və yeganə azərbaycanlı olub.

1-ci Qarabağ müharibəsində ön cəbhədə düşmənin koordinatlarını və atəş nöqtələrini artilleriya və aviasiyaya ötürüb, sonralar Mİ-24 və Mİ-8 helikopterinə şturman kimi keçid alıb. 44 günlük İkinci Qarabağ Müharibəsində uğurlu əməliyyatların tərtibinidə müəlliflərdən biri, ön cəbhədə məxfi qərargahda birbaşa iştirakı olan Azərbaycanın gizli qəhramanlarından biridir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*