15-ci mərtəbədən düşən şüşə kişinin başını kəsdi – VİDEO 18+backend

15-ci mərtəbədən düşən şüşə kişinin başını kəsdi – VİDEO 18+

Türkiyənin DHA xəbər agentliyi 42 yaşlı İstanbul sakini Soner Elverenin son saniyələrindəki ölüm görüntülərini yayımlayıb.

KONKRET.az xəbər verir ki, kişi Yenibosna ərazisindəki prestijli yaşayış komplekslərindən birində özü, həyat yoldaşı və uşağı üçün yeni mənzil kirayəyə götürməyə qərar verib və əmlakçı ilə görüşməyə gedib.

Arxa girişin qarşısında, məlum olmayan bir səbəbdən binanın fasadının 15-ci mərtəbəsindən nəhəng bir şüşə Sonerin başına düşüb. Hadisə yerinə həkimlər çağırılıb, lakin kişinin həyatını xilas etmək mümkün olmayıb.

Sonerin yanında olan əmlak agentinin xəsarət almadığı, lakin dəhşətli faciədən sonra güclü mənəvi şok keçirdiyi bildirilir.

Babək Göyüş           

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*