“15 erməni təxribatçı təyyarəyə oturubmuş” – Bəs son anda nə baş verib? – ŞOK DETALLARbackend

“15 erməni təxribatçı təyyarəyə oturubmuş” – Bəs son anda nə baş verib? – ŞOK DETALLAR

“Dünən gecə saatlarında “Erebuni” aeroportunda təyyarənin boş enməsinə görə təkcə terrorçuların ailələri peşman olmayıb, demək olar ki, Azərbaycan əvvəlcədən razılaşdırılmış oyun qaydasının düzgün getmədiyini görən kimi tərs üzünü çevirib.

Bu sözləri KONKRET.az-a açıqlamasında beynəlxalq məsələlər üzrə şərhçi Əziz Əlibəyli səsləndirib. Əlibəyli bildirib ki, Paşinyan – Putin görüşü, ardınca da Rusiya baş prokurorunun iki ölkəyə səfəri, nəhayət, Kreml rəhbərinin Əliyevə zəngi, tərəflərin 10 noyabr razılaşmasına sadiqliyini ifadə etməsi ilə hər şeyin yolunda olduğunu göstərir: “Proses o qədər rahat və yoluna görünürmüş ki, İrəvandan birbaşa Bakıya üçan təyyarə haqda ilk xəbəri Ermənistan parlamnetinin deputatı Srbuhy Grigoryan öz səhifəsində qeyd edir. Bildirir ki, artıq təyyarə bir saata İrəvana enəcək. Lakin az sonra məlum olur ki, sözügedən hava nəqliyyatında pilotlardan başqa heç kim yoxdur. Hətta medianın aeroporta girişi belə qadağan edilir ki, gətirilənlərin kimliyi bilinməsin. İlkin razılaşmaya görə (qeyri-rəsmi məlumatdır) Azərbaycan tərəfi 15 erməni (iddia) terrorçusunu qaytamaq üçün razılığını bildirir. Amma qarşılığında 10 noyabr razılaşmasının 4-cü bəndinin tam icrasını (Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir.

Əziz Əlibəyli: “Üç cəbhə açmaqla düşməni məhv etmək olar” - MÜSAHİBƏ

Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir, tərəflərdən heç biri müddətin bitməsinə altı ay qalmış bu müddəanın tətbiqinə xitam vermə niyyətini ifadə etmədiyi halda qalma müddəti avtomatik beş illik müddətə artırılır.) tələb edir. Təyyarənin Bakıdan qalxmasına az qalmış erməni adminstrasiyası sosial şəbəkələr vasitəsilə elan edir ki, Azərbaycan tərəfi 10 noyabr razılaşmasının 8-ci maddəsini (İlk versiya nəzərdə tutulur, düzəlişdən sonra 9-cu maddə), (Hərbi əsirlərin və digər saxlanılan şəxslərin və ölülərin cəsədlərinin mübadiləsi aparılır.) yerinə yetirmir və ittiham tendensiyası başladılır. Güman edirəm ki, bu, təyyarənin Bakı aerportundan qalxmasına dəqiqələr qalmış yaşanır və hətta ola bilsin ki, 15 nəfər erməni əsgəri təyyarəyə oturulubmuş. Azərbaycan tərəfi onları qaytarmaqdan imtina edir və bu proseslər şübhəsiz ki, sırf qapalı qapılar arxsında yaşanan proseslərdir. Çünki terrorçularla bağlı proses yaşanmamışdan az əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi İKT nazirlərinin görüşündə bildirib ki, Azərbaycan bütün savaş əsirlərini Ermənistana nəql edib”.

ATƏT Minsk Qrupu formatında danışıqlar əleyhimizə olacaq"

Politoloq Məhəmməd Əsdullazadə isə saytımıza açıqlamasında qeyd edib ki, Rusiya rəsmiləri diversantların azad edilməsinə çalışır: “Amma bunun qarşılığında Azərbaycanın tələbləri yerinə yetirilmir. Azərbaycan Rusiya tərəfinin xahişini nəzərə alıb muzdlu snayperçi, livanlı ermeni qadın Maral Narcanyanı azad etdi. Bu, Azərbaycanın bir jesti və humanistliyi idi. İndi, Kremlin durub əsassız şəkildə qarşılıqsız ermeni diversantların azad edilməsinə çalışması, həyasızlıq və Azərbaycana qarşı nəzakətsizlikdi. Azərbaycan ermeni terrorçularını azad etməməklə prinsipiallığını ortaya qoyur. Və bu davam etməlidir. Ermənistan minalanmış ərazilərin xəritəsini vermir, silahli erməni birləşmələri çıxarılmır və Rusiya sülhməramlı qüvvələri özbaşınalıq edir. Bele olan təqdirdə əsirləri geri verməmək lazımdır”.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

 

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*