15 ixtisas seçmək mümkündür, lakin… – DİM sədribackend

15 ixtisas seçmək mümkündür, lakin... - DİM sədri

Təəssüf ki, hər il yerləşdirmədən 2-3 saat əvvəl sistem yoxlanıldıqda 2-3 min ərizənin doldurulduğu, amma təsdiqlənmədiyi üzə çıxır. Bu isə çox üzücü haldır, çünki həmin ərizələr arasında yüksək bal toplayan abituriyentlər də olur.

KONKRET.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə abituriyentlərə videomüraciət zamanı deyib.

O bildirib ki, real balınıza uyğun olaraq siyahıda ixtisas seçmək vacibdir:

“İxtisas seçimi zamanı 15 ixtisas seçmək mümkündür, lakin bu bütün xanaları doldurmaq məcburiyyətində olduğunuz anlamına gəlmir. Siz yalnız gələcəkdə həqiqətən oxumaq istədiyiniz ixtisasları seçməlisiniz. İxtisas seçimi zamanı abituriyentlərə müxtəlif məsləhətlər verilir. Onları dinləmək faydalıdır, amma son qərarı özünüz verməlisiniz. Bu sizin müstəqil həyata atdığınız ilk addımdır. Buna görə də seçim zamanı öz istəyinizi əsas götürməlisiniz. Nəticələr açıqlananda tez-tez belə fikirlərlə rastlaşırıq: “Mən istəmədiyim ixtisasa qəbul olmuşam”. Bu, əslində mümkünsüzdür. Əgər siz həmin ixtisasa qəbul olmaq istəmirsinizsə, onu seçim siyahınıza daxil etməməlisiniz. Ona görə də sizə müraciət edirəm: seçiminizi özünüz edin və ərizənizi mütləq özünüz təsdiqləyin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*