15 yaşlı rəssamdan İordaniya ilə bağlı maraqlı əsər – FOTObackend

15 yaşlı rəssamdan İordaniya ilə bağlı maraqlı əsər - FOTO

İordaniya dövlətinin yaranmasının 100 illiyi ilə əlaqədar olaraq, bu ölkənin ölkəmizdəki səfirliyi və “Dirçəliş” gənclərin Sosial-Psixoloji Reabilitasiya mərkəzi ilə birlikdə “İordaniya uşaqların gözü ilə” adlı rəsm müsabiqəsi keçirilib.

KONKRET.az-ın məlumatına görə, rəsm müsabiqəsinin ən diqqət çəkən əsəri isə Rəssamlıq Akademiyasının təsviri-incəsənət kollecinin tələbəsi 15 yaşlı Selcan Xəlilzadənin “İordaniyanın gözəlliyi” adlı əl işi olub.

Gənc rəssamın sözlərinə görə, rəsm çəkməyə hələ 12 yaşında olarkən başlayıb. Rəsm müsabiqəsi üçün hazırladığı kompozisiya isə onun indiyədək üzərində ən çox vaxt sərf etdiyi əl işidir. Çünki əsərdəki bütün detallar incə işlənib: ”Bu şəkildə Petra şəhərinin gözəlliyi, dəvələrin gözəlliyi və möhtəşəmliyin göstərməyə çalışmışam. Əsas ilham qaynağım dəvələrin üzərindəki muncuqlar və rənglərdir. Onların bu rəngləri məni özünə cəzb etdi və burada o gözəlliyi əks etdirməyə çalışmışam. Əsərdə eyni zamanda akril boyalar və konturdan istifadə etmişəm. Əsər təqribən 1 həftəyə başa gəldi”.

Selcan Xəlilzadə deyir ki, əsəri hazırlamazdan əvvəl internetdən və kitablardan İordaniya və onun mədəniyyəti haqqında geniş məlumat toplayıb. Petra şəhəri isə ona bu əsəri çəkməkdə xüsusi ilham mənbəyindən biri olub: ”İnternetdə araşdırmalarım oldu, çünki burada bir neçə şəkli birləşdirib bir əsər ərsəyə gətirmişəm. Dəvələr başqa şəkillərdən, abidənin perspektivi isə başqa şəkillərdən birləşdirərək, özümdən bir kompozisiya yaratmağa çalışdım. Bu abidənin qədim tarixi və rəngləri məni özünə cəzb etdi. Bu abidənin rəngindəki isti tonlar isə məni çox cəlb etdi”.

Müsahibimiz deyir ki, rəssamlıq onun çox sevdiyi sahə olsa da, moda dizayneri kimi gələcəkdə tanınmaq istəyir: “Dizaynerlik məni daha çox cəlb edir, rəssamlıqda çox gözəldir, amma bir şeyləri yaratmaq, dizayn etmək, paltarlara dizayn vermək məni özünə uşaqlıqdan bəri cəlb edən bir sənətdir. Gələcəkdə tanınmış bir moda dizayner olmaq istəyirəm”.

Selcan Xəlilzadənin müəlliməsi Rəsmiyə Mahmudova isə deyir ki, tələbələri arasında Selcan ən istedadlı gənclərdən biridir. “İordaniyanın gözəlliyi” rəsm əsərini isə onlar birlikdə hazırlayıblar: ”Çox çalışqan tələbədir. Biz onunla 6 ay işləmişik. Hal-hazırda Rəssamlıq kollecinin dizayn-baş fakültəsinin ən yüksək bal toplayan tələbəsidir. Bu isə hər bir tələbəyə, hər bir müəllimə qismət olmur. Arzuladığı işin arxasınca getdi və arzusuna çatdı. Selcana bu yolda uğurlar arzu edirəm. Əmiməm ki, gələcəkdə çox yaxşı bir dizayner olacaq”.

Tədbirin sonunda müsabiqənin qaliblərinə hədiyyələr və diplomlar təqdim olunub. Selcan Xəlilzadənin əsəri müsabiqənin ən yaxşı ilk 3 əsərindən biri olub. Qeyd edək ki, belə rəsm müsabiqələri mərkəz tərəfindən mütəmadi olaraq keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*