Müstəqil insan haqları təşkilatı Hengaw-un məlumatına görə, metroda insident oktyabrın 3-ü bazar günü baş verib.
KONKRET.az xəbər verir ki, səlahiyyətlilər onu platformada saxlayıb və başını örtməsini tələb ediblər. Qız bundan imtina etdikdə ona qarşı kobud güc tətbiq edib, nəticədə o, yaxınlıqdakı hərbi hospitala aparılıb.
Hakimiyyət xəsarətlərin polis əməkdaşları tərəfindən törədildiyini qəti şəkildə inkar edir, lakin Hengaw fəalları bunu təkidlə rədd edirlər.
Reuters xəbər verir ki, CCTV görüntülərində Armitanın iki dostunun müşayiəti ilə yaxınlaşan qatara doğru getdiyi görünür. Polislə insident onlar vaqona girməyə hazırlaşmazdan əvvəl baş verib. Görünür, onun yalnız başı açıq olub.
Hüquq müdafiəçiləri xəstəxana çarpayısında huşsuz vəziyyətdə olan qızın fotosunu dərc ediblər.