16 yaşlı qız cinsi zorakılığa məruz qaldı, 4 nəfər həbs olundubackend

16 yaşlı qız cinsi zorakılığa məruz qaldı, 4 nəfər həbs olundu

Ağdamda 16 yaşlı qızın bir qrup şəxs tərəfindən cinski zorakılığa məruz qaldığı iddia olunur.

KONKRET.az teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Yuxarı Yüzbaşılı kəndində baş verib.

Zərərçəkən məktəbli qız ailəsinə məlumat verib. Ailə isə hüquq-mühafizə orqanlarına müraciət edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, Ağdamda 2009-cu il təvəllüdlü qızın cinsi zorakılığa məruz qalması ilə bağlı Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 4 nəfər rayon sakini saxlanılaraq istintaqa təqdim olunub.

Faktla bağlı müvafiq ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*