“18 nəfər ölüb, 6 nəfər kor olub” – Ermənistanda saxta araqdan kütləvi zəhərlənmənin təfərrüatları açıqlandıbackend

“18 nəfər ölüb, 6 nəfər kor olub” - Ermənistanda saxta araqdan kütləvi zəhərlənmənin təfərrüatları açıqlandı

Ermənistanda alkoqoldan zəhərlənmə nəticəsində ölənlərin sayı 18-ə çatıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.

“Bu il 31 avqust-9 sentyabr tarixləri arasında Ermənistanda 46 alkoqol zəhərlənməsi hadisəsi qeydə alındı, onlardan 18-i ölümlə nəticələndi. Bu müddət ərzində 28 nəfər müxtəlif tibb müəssisələrində müalicə aldı, onlardan 22-si müalicə olunduqdan sonra evə buraxıldı, dördü görmə qabiliyyətini itirdi”, – mesajda deyilir.

Beş xəstə hələ də müalicədədir, onlardan ikisi də kor olub. Bütün xəstələrin vəziyyəti ağırdır. Onlar İrəvanın “Ermənistan”, “Erebuni”, “Surb Qriqor Lusavoriç” tibb mərkəzlərində, 1 saylı Universitet Xəstəxanasında müalicə olunurlar.

Zəhərlənənlərin əksəriyyəti Armavirin 28 sakini Aşot Ovsepyandan aldıqları arağı içiblər. O da bu araqları Armavir bölgəsindəki Canfida kəndinin bir sakinindən alıb.

Digər 9 nəfər tibbi spirtdən zəhərlənib.

Babək Göyüş                                                                                

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*