18 yaşlı gənc sürüşərək gölə düşdü, öldübackend

18 yaşlı gənc sürüşərək gölə düşdü, öldü

Lənkəran rayonunun Tükəvilə kəndində 18 yaşlı gənc faciəvi şəkildə həyatını itirib.

KONKRET.az xəbər verir ki, kənd sakini, 2007-ci il təvəllüdlü Tohid Ələsgərov süni gölün ətrafında gəzərkən ehtiyatsızlıq səbəbindən ayağı sürüşərək suya düşüb.

Suyun dərin olması səbəbindən o, boğularaq ölüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Traktor vasitəsilə gölün qarşısı qazılaraq suyun səviyyəsi aşağı salındıqdan sonra yeniyetmənin meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*