1800-dən çox müsəlmanı kimsəsiz adaya apardılarbackend

1800-dən çox müsəlmanı kimsəsiz adaya apardılar

Banqladeş hökuməti 1800-dən çox arakanlı müsəlmanı Bhasan Çar adlı kimsəsiz adaya yerləşdirib.

KONKRET.az xəbər verir ki, hökumətin bu qərarı beynəlxalq insan haqları təşkilatlarının kəskin narazılığına səbəb olub.

Bildirilir ki, sözügedən ada kəskin iqlimə malikdir, orada tez-tez güclü fırtına və sel fəlakəti yaşanır və bu səbəbdən yaşayış üçün əlverişli deyil.

Üstəlik, adaya yerləşdirilmiş qaçqınların ərzaq, tibbi xidmətlə təminatı, təhsil imkanları ilə bağlı da narahatlıq ifadə edilib.

Xatırladaq ki, Myanma hökuməti artıq bir neçə ildir arakanlı müsəlmanlara qarşı assimilyasiya siyasəti aparır. Buddist rejimin zülmündən dolayı yüz minlərlə müsəlman qaçqın ətraf ölkələrə, o cümlədən Banqladeşə sığınıb.axar.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*