12-ci mərtəbədən yıxılan oğlan oraya hazırlığa gəlirmiş – Video – Yenilənibbackend

12-ci mərtəbədən yıxılan oğlan oraya hazırlığa gəlirmiş - Video - Yenilənib

Abşeron rayonunda yeniyetmə çoxmərtəbəli binadan yıxılaraq həyatını itirib.

KONKRET.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən 17 mərtəbəli binada baş verib.

İlkin məlumata görə, 12-13 yaşlarında olan şəxs təxminən saat 13 radələrində binadakı mənzillərdən birinin balkonundan yıxılıb.

Nəticədə o hadisə yerindəcə vəfat edib.

***

Hadisənin “Kristal Abşeron” yaşayış kompleksində baş verdiyi müəyyən edilib.

Belə ki, 2010-cu il təvəllüdlü Quliyev İlqar Teymur oğlu ehtiyatsızlıq səbəbindən hündürlükdən yıxılaraq aldığı xəsarətlərdən yerindəcə vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

 

****

Abşeronda bədbəxt hadisə baş verib.

KONKRET.az  APA-ya istinadən xəbər verir ki, Xırdalan şəhəri, “Kristal 1” yaşayış kompleksində 19 yaşlı İlqar Quliyev binanın 12-ci mərtəbəsindən yıxılaraq ölüb.

Məlumata görə, oğlan sözügedən binada yaşamayıb. O binaya hazırlığa gəlirmiş.

Faktla bağlı araşdırma aparılır.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən verilən məlumata görə, 19 yaşlı şəxsin həkiməqədər ölüm faktı qeydə alınıb:

“01.11.2025-ci il tarixində saat 12:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisindən təcili çağırış daxil olub. Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 19 yaşlı şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*