Azəzrbaycan Silahlı Qüvvələrinin şəhid olan əsgəri dəfn edilib.
KONKRET.az report-a istinadən xəbər verir ki, Füzulinin işğal altında olan kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olan Gəncə şəhər sakini, 2001-ci il təvəllüdlü Hüseyn Elsəvər oğlu Mirzəyevin nəşi bu gün ailəsinə təhvil verilib.
Şəhid sonuncu dəfə ailəsi ilə oktyabrın 11-də danışıb. Həmin vaxtdan bir daha əsgərin taleyi barədə heç kim məlumat əldə edə bilməyib. Ötən gün Hüseynin şəhid olduğu məlum olub.
H.Mirzayev bu gün Gəncə şəhər Şəhidlər xiyabanında dəfn edilib.
Allah rəhmət eləsin!