“1969-cu ildə Ulu Öndərin hakimiyyətə gəlməsi ilə, bugünki qüdrətli Azərbaycan dövlətinin əsası qoyuldu” – ŞƏRHbackend

“1969-cu ildə Ulu Öndərin hakimiyyətə gəlməsi ilə bugünkü qüdrətli Azərbaycan dövlətinin əsası qoyuldu” - ŞƏRH

Anar Əliyev, politoloq

“14 iyul 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsinin Birinci Katibi seçilməsi ilə Azərbaycan SSRİ-nin həyatında yeni bir mərhələ başladı. Məhz o vaxtdan etibarən milli kadrların irəli çəkilməsi, milli sənayenin inkişafı istiqamətində düşünülmüş və ardıcıl addımlar atıldı”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev səsləndirib. O bildirib ki, Azərbaycanın gələcək müstəqillik dövrünə istiqamətlənən planlı işlərin həyata keçirilməsi, ölkənin suverenlik qazandıqdan sonra, keçid dövrünü daha az ağrı və itkilərlə irəliləməsinə şərait yaratdı: “Bu baxımdan hesab edirəm ki, 1969-cu il, 14 iyul təqvimi Azərbaycan tarixinə çox böyük hərflərlə yazılan bir gündür. Çünki, həmin dövrdən başlayaraq Azərbaycan SSRİ-də milli azadlıq hərəkatı istiqamətində və dövlət müstəqilliyi uğrunda bir mübarizə başladı. Bu mübarizə Azərbaycan xalqının düşüncəsində və şüurunda daim müstəqil olmaq və suveren dövlət qurmaq ideyasını yaşatdı. Məhz bu ideyaların yaşanması nəticəsində 1990-cı illərin əvvəllərində Azərbaycan öz müstəqilliyini əldə etdi”.

Politoloq əlavə edib ki, 1969-cu il, 14 iyul tarixində Ulu Öndərin hakimiyyətə gəlməsi ilə, bugünki qüdrətli Azərbaycan dövlətinin əsası qoyuldu: “Məhz həmin tarixdən Azərbaycanın bütün sahələrdə olduğu kimi, iqtisadi sferada da inkişafını şərtləndirən neft sənayesi dirçəlməyə başladı. Ölkə müstəqillik qazandıqdan sonra isə, iqtisadiyyatın sürətli inkişafında bu strategiya mühüm rol oynadı. Eyni zamanda Ulu Öndər insan kapitalı amilini irəli sürdü və milli kadrların hazırlanması və irəli çəkilməsi istiqamətində mühüm işlər həyata keçirdi. Xüsusilə azərbaycanlı hərbçilərin yüksək təhsil almasına və hərbi potensialımızın gücləndirilməsinə istiqamətlənən çox mühüm addımlar atdı. Hesab edirəm ki, 2020-ci ilin sonlarında Azərbaycan ordusunun Ali baş Komandan İlham Əliyevin rəhbərliyi altında apardığı Vətən müharibəsinin və qazanılan qələbənin əsası məhz Ulu Öndərin 1969-cu ildə hakimiyyətə gəldiyi dövrdə qoyulub. Bu gün Azərbaycan dövlətinin uğurları və beynəlxalq nüfuzu Ulu Öndərin həm o dövrdə, həm də müstəqillik illərində atdığı addımlar nəticəsində mümkün olub. Bu məqamda Ulu Öndərin bir fikrini xatırlatmaq yerinə düşər: “Mən bundan sonra həyatımın hər anını xalqım və dövlətim üçün, müstəqilliyimizin əbədiliyi uğrunda qurban verməyə hazıram”. Hesab edirəm ki, Ulu Öndərin bu fikirləri inkişaf edən və çiçəklənən güclü Azərbaycan dövlətinin əsası və başlanğıc nöqtəsidir”.

Müşviq Tofiqoğlu

KONKRET.az    

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*