Sovet ideologiyası “Vahid Sovet xalqına” “vahid bayram” da təqdim etmişdi. “Xalqların böyük bayramı” ölkədə böyük təntənə ilə qeyd olunurdu. Beləliklə, yeni il SSRİ-də çox sevilirdi.
Yeni il bayramı həm evdə, həm də işdə geniş qeyd edilirdi. Bayrama hazırlıq xüsusi ənənəyə çevrilmişdi. Sovet adamlarının bayrama hazırlıqla bağlı planları olurdu. Onlar yeni ilin gəlişini səbirsizliklə gözləyirdilər. Amma 1979-cu ilin yeni ili SSRİ-yə xüsusi problemlər gətirdi və əhalinin əksəriyyəti şaxtalı havaların yaratdığı çətinlik səbəbindən yeni ilin necə gəlməsini az qala unutdular. Bununla da “sovet xalqı”nın sevimli yeni ili bayram deyil, soyuqdan qorunma sınağı oldu.
1978-ci il sona çatırdı və hələ də qar yağmırdı. SSRİ vətəndaşları əsl qışın başlamasını gözləyirdilər. Beləliklə, dekabrın 28-də ölkə ərazisinə Qara dəniz istiqamətindən antisiklon daxil oldu. Nəticədə ölkənin şimalında şiddətli şaxtalar başladı və sonradan RSFSR-in Avropa ərazisinə yayıldı. Sinoptiklər artıq ultraqütblü işğaldan danışmağa başladılar. Paytaxt Moskvada dekabrın 29-dan 30-na keçən gecə temperatur -37,2 dərəcəyə qədər düşdü. Moskvaətrafı ərazilərdə termometrlər -42 dərəcəni göstərirdi. Leninqradda da vəziyyət ürəkaçan deyildi:
-34,7°C. Mütəxəssislər qeyd edirdi ki, belə şaxta sonuncu dəfə Rusiya ərazisində 1722-ci ildə qeydə alınıb. Ural və Tatarıstan sakinləri temperaturun -48 dərəcəyə qədər endiyini eşitdilər. Komi, Arxangelsk, Kostroma və Çelyabinsk vilayətlərində hava daha da soyuq idi. İnsanlar öyrəşmədikləri şaxtadan çölə çıxa bilmirdilər. Hər yer donmuşdu. Temperatur -50-55 dərəcəyə qədər düşmüşdü.
Avropanın “Soyuq qütbü” adlandırılan Kominin şərqindəki Ust-Şçuqer kəndində -58,1 dərəcə şaxta qeydə alınmışdı. Bu cür hava şəraiti ölkə əhalisini təşvişə salmışdı. Hidrometeorologiya Mərkəzi isə məlumat yayırdı ki, belə şiddətli və uzunmüddətli şaxtalar tez-tez baş vermir. ABŞ-də qəzetlər yazırdı ki, SSRİ-də buz dövrü başlayıb. Amma 1979-cu il yanvarın 1-də axşam saatlarında moskvalılar havada mülayimləşmə hiss etməyə başladılar. Şaxtalı vaxtda televiziya ekranlarından valideynlərə müraciətlə, övladlarını küçəyə buraxmamaq tövsiyə edilirdi.
Sağlamlığa zərər verməmək üçün yeni il şənliklərində spirtli içkilərin qəbulunu azaltmaq üçün radiolardan çağırışlar eşidilirdi. Lakin iş vaxtının qısaldılması təklif olunmamışdı. Yalnız bəzi müəssisələr iş qrafikində dəyişiklik etdilər.
Təəssüf ki, mərkəzi istilik sistemində problemlər yarandı. Kommunal xidmət işçiləri suyu qızdırmağa çalışsalar da, borular şiddətli şaxtalara tab gətirə bilməyərək partlayırdı. Bu, bir çox şəhərlərdə baş verirdi və insanlar yeni ildən sonra bir müddət susuz qaldılar. Elektrik enerjisində də fasilələr yarandı.
İnsanlar şaxtadan qorunmaq üçün çoxlu paltar geyinir, istiliyi birtəhər saxlamaq üçün qapı və pəncərələri qalın parça ilə örtürdülər. Moskvalılar yeni ili isti paltoda qeyd etdilər. Ölkə rəhbərliyi israfçılığa yol verməməyə çağırışlar edirdi. Amma heç kim şaxtadan donmaq istəmir, var gücləri ilə sobadan, qazdan, elektrik sobasından istifadə edirdilər. Şəhərlərarası qatarların sərnişinləri çətin vəziyyətə düşmüşdülər. Bəzi qatarlar naqillər qırıldığı üçün yolda qalmışdı. Leninqraddan yola düşən sərnişin qatarı paytaxta 4-5 saat gec çatmışdı. Ərzaq məhsulu ilə bağlı da çətinliklər var idi. Mağazaların anbarlarında şampan və limonad şüşələri partlamağa başlamışdı. Mağazalara çörək verilmirdi. Qısa, lakin şiddətli şaxta SSRİ-nin kənd təsərrüfatına mənfi təsir göstərdi. 1979-cu ildə meyvə bağları donduğundan (albalı, alma, armud, gavalı) bəzi meyvələrdə qıtlıq yarandı.
Dəhşətli şaxtalar bir sıra fövqəladə hadisələrə səbəb oldu. Məsələn, Tatarıstanda Pavlodar xizəkçiləri problemlə üzləşmişdi. Dekabrın 29-da Tetyuşski rayonuna 20 nəfərlik yeniyetmədən (hamısı yeddinci-oncu sinifdə oxuyublar) ibarət xizəkçi dəstəsi yürüş etmişdi.
Onlar Kazana 120 km-lik məsafədən yürüşə başlamış və Tatarıstan paytaxtına qədər xizək sürməyi qərara almışdılar. Uşaqlar donmuş Volqanı keçə bilməmişdilər. Dəstənin rəhbəri iki nəfəri köməyə çağırmaq üçün geri göndərmişdi. Onlar böyük çətinliklə də olsa, Tetyuşki kəndinə çata bilmişdilər. Bu, dekabrın 30-da səhər saatlarında baş vermişdi. Donmuş uşaqlarla bağlı məlumatlar dərhal milis şöbəsinə çatdırılmışdı. Polislər Torqaşov və Şlyaçkov “Buran” markalı qar avtomobili ilə köməyə gəlmişdilər. Donmuş uşaqlar tapılmışdı. Onları xilas etmək üçün ocaq yandırılmışdı. Yeniyetmələr özünə gələndə onları Dolqaya Polyanaya aparmışdılar. Təəssüf ki, on üç yaşlı Marina Blagodatskayanı həyatını xilas etmək mümkün olmamışdı.
Daha bir hadisə Sverdlovsk vilayətindəki Beloyarsk AES-də baş verdi. Dekabrın 30-na keçən gecə havanın temperaturu 48 dərəcəyə enən zaman AES-in ikinci blokunda neft nasosunun təzyiqli kəmərinin flanş birləşməsi sıradan çıxdı. Mühərrik dərhal yandı. Energetiklər qəzanın qarşısını almaqda çətinliklə qarşılaşdılar. Yanğının söndürülməsinə on iki saat vaxt sərf olundu.
Bununla belə, atom elektrik stansiyasının reaktoru zədələnməsi və havaya heç bir radioaktiv maddə yayılması. Bu hadisədən sonra ikinci blok altı ay ərzində bərpa edildi.
Buna görə də qış fəslinin müxtəlifliyi təbii qarşılanmalıdır. Düzdür, qlobal istiləşmənin fasadları qışda qar yağmasına öz təsirini göstərir, amma nə qədər olsa da, qışda özünüzü soyuqdan qoruyun!
Vəli Həsənoğlu,
KONKRET.az
Bu neqale kime lazim
Ne olub olubda bu zibil sssr de .
Aktual yeni movzu axtarin.
Iwiq …qaz artib ..komek edin Xalq cetinlikden cixsin..yollar gosterin.