“Müharibədə qalib gəlmək üçün nə qədər vaxt lazım olduğu önəmli deyil”.
KONKRET.az xəbər verir ki, bu sözləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
“Məqsədimiz qələbədir, 1991-ci il sərhədləri daxilində (Ukrayna) ərazilərimiz azad edilməlidir. Bunun nə qədər vaxt aparacağı bizi maraqlandırmır.
Nə qədər ki, Ukrayna xalqı bu məqsədi bölüşür, Ukrayna hökuməti öz xalqı ilə əl-ələ verərək hərəkət edəcək”, – deyə nazir vurğulayıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az