II qrup əlil məhkumun anası Prezidentə müraciət etdibackend

II qrup əlil məhkumun anası Prezidentə müraciət etdi

Hazırda 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 2-ci qrup əlil Əli Səmədovun anası oğlunun vəziyyəti ilə əlaqədar ölkə başçısına müraciət edib. KONKRET.az müraciəti olduğu kimi təqdim edir:   

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına Göyçay rayon 1-ci Ərəbcəbirli kənd sakini Səmədova Gülnaz Mirzə qızı vasitəsilə Penitersiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum 2-ci qrup əlil Səmədov Əli Azər oğlu tərəfindən

ƏRİZƏ:

Cənab Prezident bu şikayətimdə yazaraq Sizə bildirmək istəyirəm ki, Ədliyyə Nazirliyi Penitensiar xidmətin Müalicə Müəssisəsinin baş həkimi Nicat Cəlilov öz tutduğu vəzifəsindən sui-istifadə edərək, dövlət müəssisəsini özəl obyekt kimi istifadə edir. O, xəstə məhkumlar üçün dövlət tərəfindən ayrılmış yüksək məbləğdə dərman pereparatlarını və tibbi avadanlıqları mənimsəyərək, özünə məxsus olan Bakı şəhərində yerləşən 2 şəxsi apteklərində satışa çıxarır. O, bu cür mənimsəmə yolu ilə böyük var dövlət əldə etmişdir. Əlbətdə bunlar hamısı xəstə və eyni zamanda kimsəsiz məhkumların əlindən alınmış haqlarıdır. Hətta COVID-19 xəstəliyinə yoluxduğu ehtimal edilən xəstələr belə müəssisəyə daxil olmamışdan öncə heç bir testdən və yoxlamadan keçmədən Nicat Cəlilovun dediyi məbləği ödəməyə məcburdurlar. Əsk halda isə həmin xəstələr dərhal gəldikləri cəzaçəkmə müəssisələrinə geri qaytarılırlar. Bu isə əksər hallarda həmin xəstələrin ölümü ilə nəticələnir.

Mən 2019-cu ildə müalicə müəssisəsində biləvasitə Nicat Cəlilovun etdiyi çoxsayda qanunsuz əməllərə şahid oldum. Bütün gördüklərimi məktub vasitəsilə Sizə və aidiyyatı strukturlara ünvanladım. O zamanlar o, mənim müalicəmin təşkili və xəstəlik sənədlərimin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya komissiyasına təqdim edilməsi üçün 2000 (iki min) manat rüşvət istəmişdir. Lakin Nicat Vidadi oğlu Cəlilov çoxsaylı tapşırıqlardan sonra qorxaraq bu məsələni pulsuz yerinə yetirdi və mənə 5 il müddətinə 2-ci qrup əlillik dərəcəsi təyin edildi. Cənab Prezident hazırda oğlum xəstəliyinin ağırlaşması səbəbilə əlilliyin vaxtından əvvəl dəyişdirilməsi üçün müraciət edib. O, haqqı olan 1-ci dərəcəli əlilliyini almaq istəyir. Bu dəfə də Nicat Cəlilov övladımdan 1000 (min) manat rüşvət tələb edir. Sizdən çox xahiş edirəm, dediklərimin obyektiv araşdırılmasını Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin korrupsiya və rüşvət çirkabında çapalayan və arxasında Ramiz Mehdiyevin dayandığı məmurlara deyil, Baş Prokurorluğa və Dövlət Təhlükəsizliyi Xidmətinə göstəriş verəsiniz. Ramiz Mehdiyevin çöküntüsü olan Nicat Vidadi oğlu Cəlilov haqqında qanunun müvafiq maddələri ilə cinayət işi başlanılsın, haqq öz yerini tapsın.

 

                                                                       Səmədov Əli Azər oğlu

                                                       İMZA:       Səmədova Gülnaz Mirzə qızı  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*