2 erməni avtomobillə 100 metr hündürlükdən dərəyə yuvarlandı – tikə-tikə oldularbackend

2 erməni avtomobillə 100 metr hündürlükdən dərəyə yuvarlandı – tikə-tikə oldular

Faciəvi qəza bir gün əvvəl Ermənistanın Dilican şəhərində baş verib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, məlumatı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.

Mənbə bildirir ki, qəza barədə siqnal saat 22: 14-də Ermənistan Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Milli Mərkəzinə gəlib.

Hadisə yerinə xilasedicilər göndərilib.

Məlum olub ki, İrəvan-Dilican dövlətlərarası avtomobil yolunun 86-cı kilometrliyində 1993-cü il təvəllüdlü Qurqen Q.-nin idarə etdiyi “Opel Astra G” markalı minik avtomobil yoldan çıxaraq yüz metr yüksəklikdən dərəyə yuvarlanıb. Sürücü və sərnişin ölüb.

Xilasedicilər avtomobili doğrayıblar və ölənlərin cəsədlərini dərədən çıxarıblar.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*