2 nəfəri öldürməkdə ittiham olunan şəxsə ömürlük cəza verildibackend

2 nəfəri öldürməkdə ittiham olunan şəxsə ömürlük cəza verildi

Yenisabah.az apa-ya istinadla istinadla xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

KONKRET.az xəbər verir ki, hökmə əsasən, Ağaxanov Ramin Rəhman oğlu ömürlük azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı Orxan Rüstəmov onun ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi.

Ötən il aprelin 9-da Xaçmaz rayonu Yalama kəndində evlərdən birinin yanması və içərisində olan 2 nəfərin yanaraq ölməsi ilə bağlı polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilib ki, evdə yanan şəxslər əvvəlcə öldürülüb, daha sonra izi itirmək məqsədilə ev qəsdən yandırılıb.

Polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən kənd sakini 1996-cı il təvəllüdlü Ağaxanov Ramin Rəhman oğlu saxlayaraq istintaqa təhvil verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*