Qaxda yağan güclü dolu kəndlərə ciddi ziyan vurub.
KONKRET.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, bu gün axşam saatlarında yağan güclü yağış və dolu rayonun Zəyəm, Tasmalı və Qarabaldır kəndlərində təsərrüfata xeyli ziyan vurub.
Təqribən 20 dəqiqə davam edən dolu kəndlərdə fındıq bağlarını, taxıl sahələrini və tərəvəz məhsullarını yararsız hala salıb.
