Buz üzərində motoyarışlar üzrə 20 qat dünya çempionu, rusiyalı Nikolay Krasnikov Başqırdıstanın Kuşnarenkovo rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişib.
KONKRET.az Oxu.az-a istinadla xəbər verir ki, məlumatı onun rəhbərlik etdiyi Qabdraxman Kadirov adına Texniki İdman Növləri Mərkəzi yayıb.
Bildirilir ki, qəza zamanı “Lada Granta” minik avtomobili qarşı yoldan gələn iki yük maşını – “Qazel” və SITRAK-la toqquşub. 40 yaşlı sürücü Krasnikov hadisə yerində ölüb.
Faciənin baş vermə səbəbləri araşdırılır.
Nikolay Krasnikov şəxsi hesabda 8, komanda yarışlarında 12 dəfə dünya çempionu olub, dəfələrlə Rusiya çempionu və digər yarışların qalibi olmağı bacarıb. O, 2023-cü ildə idman karyerasını başa vurmuşdu.