“20 Yanvar” stansiyasında doğulan körpəyə güzəşt və imtiyazlar olacaqbackend

“20 Yanvar” stansiyasında doğulan körpəyə güzəşt və imtiyazlar olacaq

Bu gün “Bakı Metropoliteni” QSC-nin “20 Yanvar” stansiyasında dünyaya gəlmiş körpəyə güzəşt və imtiyazlar olacaq.

KONKRET.az xəbər verir ki, bunu report-a açıqlamasında səhmdar cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

“Təbii ki, həmin körpəyə hədiyyələr də veriləcək”, – o vurğulayıb.


***

Bu gün saat 07:40 radələrində “Bakı Metropoliteni” QSC-nin “20 Yanvar” stansiyasında bir qadın uşaq dünyaya gətirib.

KONKRET.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, hadisə zamanı stansiya əməkdaşları ona ilkin yardım göstərib. Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya gətirib.

İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*