20 yaşlı oğlan süni göldə batdı – Qusardabackend

20 yaşlı oğlan süni göldə batdı - Qusarda

Qusarda bir nəfər süni göldə batıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatlara görə, nazirliyin “112” qaynar telefon xəttinə Qusar rayonunun Köhnə Xudat kəndində, süni göldə 2000-ci il təvəllüdlü Cavadov Aydın Ruslan oğlunun batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

A.Cavadovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq, göldən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*