20 yaşlı şəhidimiz dəfn olundu – FOTObackend

20 yaşlı şəhidimiz dəfn olundu - FOTO

İtkin düşmüş hesab olunan daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

KONKRET.az xəbər verir ki, Qax rayonunun Qaşqaçay kənd sakini, 20 yaşlı Cavid Abdullayev Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhidin nəşi bu gün doğulduğu Qax rayonunun Qaşqaçay kəndinə gətirilib və kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, şəhid C.Abdullayev 2019-cu ilin aprelində Qax rayonundan həqiqi hərbi xidmətə çağrılıb. Bu ilin oktyabrında isə ordu sıralarından tərxis olunmalı idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*