201 kilo olan qadın xəstəxanaya yerləşdirildi – VİDEObackend

201 kilo olan qadın xəstəxanaya yerləşdirildi - VİDEO

İstanbulun Zeytunburnu şəhərində yaşayan 201 kq olan obez xəstəsi qadının evindən çölə çıxması mümkün deyil.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, yeriməkdə çətinlik çəkən Saniyə Dərcan binanın 3-cü mərtəbəsində yaşadığı üçün həkimə gedə bilmir.

Ötən həftə qonşuların və ətrafdakıların səyi nəticəsində qadın həkimə getməyə razılaşıb. Çətin vəziyyətdə 14 adamın köməyliyi ilə xəstəxanaya aparılan Saniyə Dərcan qayıtdıqda evinə çıxarıla bilməyib. Buna görə məcbur olaraq birinci mərtəbədəki qonşunun evində gecələməli olub.

201 kilo olan qadını Türkiyənin Səhiyyə Nazirliyi öhdəsinə götürüb. 8 nəfərdən ibarət təcili yardım qrupunun səy nəticəsində Saniyə Dərcan xəstəxnaya aparılaraq müalicə olunmağa başlayb.

Hazırladı: Günel MUSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*