201 saylı məktəbdəki qalmaqalın səbəbi bilindi: “Şərəfsiz, rüşvətxor” deyən müavin cəza aldıbackend

201 saylı məktəbdəki qalmaqalın səbəbi bilindi: “Şərəfsiz, rüşvətxor” deyən müavin cəza aldı

Ötən ay 201 nömrəli tam orta məktəbin direktoru Afaq Əliyevanın səs yazılmışdı. Səs yazısında direktor məktəbin müəllimi Lalə Şəfaqətovanı keçmiş direktor müavini Svetlana Hüeynovaya qarşı yalançı şahidlik etməyə məcbur edirdi.

KONKRET.az xəbər verir ki, musavat.com bu səs yazısının yayılmasının təfərrüatı əldə edib.

Məlumata görə buna səbəb məktəbin kollektivi arasında uzun müddətdir davam edən ədavət olub. Məktəbin keçmiş direktor müavini Svetlana Hüseynov ilə mətkəbin direktoru arasında uzun müddət problemlər olub. Bunun nəticəsi olaraq məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini və riyaziyyat müəllimi vəzifəsində işləmiş Svetlana Hüseynova işdən çıxarılıb.

Məlumata görə Svetlana Hüseynova məktəbdəki özbaşınalıqla bağlı narazılığını bildirib və rəsmi qurumlara bu barədə məlumat verib. Bundan sonra direktorla müavini “düşmən” olub.

Pedoqoji şurada çıxış edən direktor Afaq Əliyeva çıxışında Svetlana Hüseynovanı nəzərdə tutaaraq “adam yediyi qaba tüpürməz” deyib. Ardınca isə kollektivə üzünü tutaraq “adam kimdir?” deyə sual ünvanlayıb. Bu zaman zalda olan direktorun digər müavini Elnurə Ramazanova direktoru müdafiə edərək onun sualının cavabına “şərəfsizdir” deyərək reaksiya verib. Pedoqoji şurada vəziyyət gərginləşib və tərəflər bir-birinin ünvanına ağır ifadələr işlədib.

Elnurə Ramazanova mübahisə zamanı Svetlana Hüseynovaya “sən valideynlərdən pul almısan”, “rüşvət almısan”, “bu gün də pul alırsan” deyib. Bunları böhtan və şərəfinin alçaldılması kimi qiymətləndirən Svetlana Hüseynova məhkəməyə üz tutub.

Həmin ərəfədə işdən çıxarılan Svetlana Hüseynova direktor müavinin xüsusi ittiham qaydasında cəzalandırılmasını istəyib.

Svetlana Hüeynova iddia ərizəsində bunları qeyd edib: “Elnurə Ramazanova əlinə imkan düşən kimi yazılı və ya şifahi şəkildə mənim şərəf və ləyaqətimi, nüfuzumu ləkələməyə, alçaltmağa çalışıb. Bakı şəhər Təhsil İdarəsinə, məktəbin direktoruna barəmdə böhtan xarakterli müraciətlər edib. Valideynlər və müəllimlər arasında şayiələr yayıb. Barəmdə mənfi rəy formalaşdırıb. Onun müraciətləri araşdırılıb və əsassız olduğu məlum olub. Amma mənim etdiyim şikayətlər yalan, şər-böhtan deyil”.

Məhkəmə araşdırması zamanı Elnurə Ramazanovanın şikayətçi Svetlana Hüsyenova “şərəfsiz”, “rüşvətxor” deməsini təsdiq edən müəllimlər də şahid kimi dindirilib. Həmçinin Elnurə Ramazanovanın dediklərini sübut edən səs yazısı da məhkəmədə sübut kimi qiymətləndirilib.

Cinayət Məcəlləsinin 147.2 (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinən Elnurə Ramazanova cəzalandırılıb. O, Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə 1000 manat məbləğində cərimə cəzasına, 147.2-ci maddəsi ilə hər ay qazancından dövlət nəfinə 10% məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*