KONKRET.az xəbər verir ki, Baş nazir Nikol Paşinyanın təklifi ilə Ermənistan prezidenti Armen Sarkisyan Artak Budaqyanın 4-cü ordu korpusuna komandir təyin edilməsi haqqında sərəncam imzalayıb.
Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, erməni cəmiyyətində Artak Budaqyanın adı Gorus bələdiyyə başqanlığına keçmiş namizəd Avetik Budaqyanın 2013-cü ilin iyununda Syunik bölgəsinin o vaxtkı qubernatoru Surik Xaçatryanla qarşıdurması zamanı öldürüldüyü vaxt daha çox hallanmışdı.
Hadisə o vaxt böyük etirazlara səbəb olub və Xaçatryanın qubernator vəzifəsindən istefası ilə nəticələnib. Düzdür, bir il sonra Xaçatryan yenidən vəzifəyə qaytarılıb. Həmin atışma zamanı Artak Budaqyan özü də ağır yaralanmışdı.