2023-cü ilin ən bahalı avtomobil markalarının reytinqi – ADLARbackend

2023-cü ilin ən bahalı avtomobil markalarının reytinqi - ADLAR

2023-cü ilin ən bahalı avtomobil markalarının reytinqi tərtib edilib. Bütün şirkətlər arasında ümumi reytinqdə yalnız üç avtomobil markası ilk onluğa daxil olub.

KONKRET.az xəbər verir ki, ən qiymətli avtomobil şirkətləri siyahıya alınıb. “InterBrand” konsaltinq agentliyi dünyanın ən qiymətli brendlərinin illik reytinqini dərc edir. İlk onluqda cəmi üç avtomobil istehsalçısı yer alıb: Toyota (altıncı yer), Mercedes-Benz (yeddinci yer) və BMW (10-cu yer). Tesla ilk 10-dan bir az geriləyərək 12-ci yeri tutub. Ümumiyyətlə, avtomobil sənayesi ən dinamik inkişaf edən sahələrdən biridir.

Dərc edilmiş statistik məlumatlara görə, Toyota markasının dəyəri il ərzində səkkiz faiz artaraq 64,5 milyard dollara çatıb. Ötən illə müqayisədə bir pillə irəliləyən Mercedes-Benz 9 faiz bahalaşaraq 61,4 milyarda yüksəlib. BMW ilk dəfə 51,1 milyard dəyərlə 10-cu yerdə qərarlaşıb.

Avtomobil seqmentində 49,9 milyard dollarla Tesla növbəti yerdədir. Onun arxasında yalnız 27-ci yerdə Honda (24,4 milyard dollar) dayanır. 32-ci yerdə Hyundai (20,4 milyard dollar), 45-ci yerdə Audi (16,3 milyard dollar), 47-ci yerdə Porşe (16,2 milyard dollar), 50-ci illərdə isə Volkswagen (15,1 milyard dollar) qərarlaşıb.

İlk yüzlüyün ikinci yarısında Ford (51-ci yer), Nissan (63-cü yer), Ferrari (70-ci yer) və Kia (88-ci yer) yer alıb. Reytinqdə yer alan 100 şirkətdən yalnız 13-ü avtomobil şirkətidir. 2023-cü ilin ən qiymətli brendlərinin tam siyahısı InterBrand saytında yerləşdirilib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*