2030-cu ilədək hansı valyuta əsas valyuta olacaq? – Ekspertlər açıqladıbackend

2030-cu ilədək hansı valyuta əsas valyuta olacaq? – Ekspertlər açıqladı

Morgan Stanley proqnozlaşdırır ki, Çin yuanı ABŞ dolları və avrodan sonra qlobal valyutaların ilk üçlüyünə girəcək.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Moskovsky Komsomolets” nəşri yazır.

2030-cu ilə qədər proqnozlara görə, yuan dünya valyuta ehtiyat aktivlərinin yüzdə 10-u qədər ola bilər.

“Wall Street”dəki  banklardan birinə görə, Çin maliyyə bazarlarını genişləndirdikdə və ABŞ dollarından asılılığını azaltmaq üçün addımlar atdıqda, yuan önümüzdəki on ildə əhəmiyyətli dərəcədə təsir qazanacaq.

Morgan Stanley analitikləri bu yaxınlarda qlobal investorların yuan aktivləri üçün Çinə axın edəcəyini və 2030-cu ilə qədər portfel investisiyalarının 3 trilyon dollara çatacağını təxmin etmişdilər.

Bu arada yuan 2030-cu ilədək Beynəlxalq Valyuta Fondunun mart ayının sonunda açıqladığı yüzdə 2,02 nisbətində əhəmiyyətli bir artımla 2030-cu ilədək qlobal valyuta ehtiyat aktivlərinin yüzdə 10-nu təşkil edə bilər.

Morgan Stanley komandasının proqnozlarına görə, bu potensial səviyyə yuanı Yapon valyutasını və Britaniya funtunu keçəcək ABŞ dolları və avrodan sonra ən populyar üçüncü valyuta edəcək.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*