“23 ildə 9200 şəhid və qazi ailəsinə mənzil verilib” – Anar Kərimovbackend

“23 ildə 9200 şəhid və qazi ailəsinə mənzil verilib” - Anar Kərimov

“Ötən dövr ərzində 8200-dən çox şəhid və qazi ailələri iş yerləri ilə təmin olunub”.

KONKRET.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov büdcə müzakirələri zamanı deputatların fikirlərinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, növbəti il üçün əsas hədəf peşə standartlarının 1500- ə çatdırılmasıdır: “Ölkənin məşğulluq reyestrinin yaradılması 2022-ci il üçün prioritet olaraq qalır.

Mənzil məsələsinə gəlincə isə 1997-2020-ci illər ərzində 9200 şəhid və qazi ailəsinə mənzil verilib. Növbəti illərdə bu rəqəm 11 minə qədər artırılacaq. Gələn il Bakı, Sumqayıt, Samux rayonunda ehtiyacı olan şəxslər mənzillə təmin ediləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*