backend

23 min 684 nikah, 7 min 82 boşanma

Dövlət Statistika Komitəsi demoqrafik vəziyyətlə bağlı hesabat yayıb. Novator.az bildirir ki, rəsmi məlumata görə, 2019-ci ilin əvvəlindən Azərbaycan əhalisinin sayı 0,3 faiz artaraq iyun ayının 1-nə 10 milyon 13 min 133 nəfərə çatıb. Əhalinin 49,9 faizi kişilər, 50,1 faizi qadınlardır.

5 ayda Ədliyyə Nazirliyinin yerli şöbələri 56 min 254 doğulan körpə qeydə alıb.

Yanvar-may aylarında 24 min 690 ölüm halı, 23 min 684 nikah, 7 min 82 boşanma rəsmiləşib.

Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin daimi yaşamaq üçün 709 nəfər gələn, 597 nəfər gedən qeydə aldığı vurğulanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*