23 yaşlı qız burun əməliyyatından öldü – Həkimlərdən şikayət edildibackend

23 yaşlı qız burun əməliyyatından öldü – Həkimlərdən şikayət edildi

23 yaşlı Mahaçqala sakini burun çəpərinin düzəldilməsi əməliyyatı zamanı dünyasını dəyişib.

KONKRET.az xəbər verir ki, septoplastika özəl klinikada ümumi anesteziya altında aparılıb. 30 illik təcrübəyə malik cərrah olan mərhumun atası həkimlərin əleyhinə polisə ifadə yazıb.

Məlum olub ki, Maqomedova M. (ad dəyişdirilib) “Avisenna” klinikasında narkozdan vəziyyəti ağırlaşıb. Həkim və köməkçi dərhal təcili yardım çağırıb və reanimasiyaya başlayıblar. 1,5 saatdan sonra onun öldüyü müəyyən olunub.

Polis faktla bağlı təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi maddəsi ilə cinayət işi açıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*