25 iyun: dünya üzrə koronavirusun statistikasıbackend

25 iyun: dünya üzrə koronavirusun statistikası

İyunun 25-i səhər dünyada koronavirusa yoluxanların ümumi sayı 9,4 milyon nəfəri keçib.

KONKRET.az xəbər verir ki, pandemiya 188 ölkəni əhatə edib. Johns Hopkins Universiteti layihəsinin məlumatları buna sübutdur.

Mənbə bildirir ki, dünyada 9 408 757 nəfər koronavirusa yoluxub. Bir gündə yoluxanların sayında artım 145,2 min olub.

Pandemiyanın bütün dövründə 482,184 nəfər ölüb, 4.72 milyon insan sağalıb.

SARS-CoV-2-dən ən çox təsirlənən ölkə ABŞ-dır (yoluxmuş 2,3 milyon nəfər). İkinci pillədə Braziliya (1,1 milyon nəfər), üçüncü yerdə Rusiya (606 min) qərarlaşıb. Hindistan (456.1 min) Böyük Britaniyanı (308.3 min) qabaqlayaraq dördüncü yerdə dayanıb.

İlk onluğa həmçinin Peru, Çili, İspaniya, İtaliya və İran daxildir.

Bütün yoluxma qurbanlarının əksəriyyəti ABŞ-da qeydə alınıb – 121 979 nəfər. Ən çox ölüm pandemiyadan ən çox əziyyət çəkən Avropa ölkələrində qeydə alınıb: bu göstərici 10 faizi keçib.

Rusiyada son bir gündə 7176 hadisə aşkar edilib. Ümumilikdə ölkədə 606,881 koronavirus infeksiyası qeydə alınıb. Bunlardan 368,8 min xəstə sağalıb, 8513 adam ölüb. Epidemiya başlayandan bu günə qədər ölkədə 17,8 milyondan çox koronavirus testi keçirilib. İyun əvvəlində ÜST Rusiyanın koronavirus platosuna girəcəyini açıqlayıb.

İyunun 8-də ÜST-ün baş direktoru Tedros Adan Gebreyesus Avropada vəziyyətin yaxşılaşdığını təsdiqləyib. Bununla birlikdə, o deyib ki, qlobal miqyasda koronavirusun yayılmasında pisləşmə var.

Yeni növ koronavirusun yaratdığı COVID-19 sətəlcəm ilk dəfə 2019-cu ilin dekabr ayında Uhan şəhərində qeydə alınıb. Martın 11-də ÜST vəziyyətin pandemiya kimi təsvir edilə biləcəyini açıqlayıb.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*