250 azərbaycanlı ailəni 2 aylıq himayəsinə götürdü – VİDEObackend

250 azərbaycanlı ailəni 2 aylıq himayəsinə götürdü - VİDEO

İllərdir Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılova Moskvada koronavirus səbəbilə qazanc yerini itirən və çətin şəraitə düşən 250 azərbaycanlı ailənin 2 ay müddətinə qida ehtiyacını öz üzərinə götürüb.

KONKRET.az xəbər verir ki, sənətçi hər bir ailəyə bacardığı qayğını göstərəcəyini bildirib:

“Moskvada bütün azərbaycanlılar varlı yaşamır. Bir çoxu gündəlik qazanc əldə edir. Bəziləri də qeyri-rəsmi işləyirlər. İş yerləri bağlandığından indi onlar çətin vəziyyətdədir. Amma narahat olmasınlar. Mən Moskvada onların hər birinə bacı, xala, bibi, ana olacağam. Ehtiyacı olan utanmadan mənə yazsın”.

Müğənni eyni zamanda əgər Moskva şəhərində yaşayan azərbaycanlılardan yemək almağa imkanı olmayanlar varsa, mütləq ona yazmalarını xahiş edib.

 

  • Shahin
    Aprel 6, 2020 - 19:59

    Allah olenlerine rehmet elesin.ozune komey olsun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*