3 uşaq anası körpəsini götürüb evdən qaçdı – FOTObackend

3 uşaq anası körpəsini götürüb evdən qaçdı - FOTO

Bərdə rayonunda 3 uşaq anası evdən qaçıb.

KONKRET.AZ “Report”a istinadla xəbər verir ki, hadisə rayonunun İmamqulubəyli kəndində baş verib.

Belə ki, həmin kəndin sakini 1993- cü il təvəllüdlü Xalidə Məmmədova bu ilin sentyabr ayında, səhər saatlarında yaşadığı evdən 10 aylıq körpəsini götürərək həkimə aparmaq adı ilə evdən çıxıb.

Qadının əri Fuad Məmmədov həmin gün axşam saatlarında Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək hadisə barədə məlumat verib.

Qadının tapılması istiqamətində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*