30-dan çox insanı toya dəvət etdiyinə görə yeni evlənənlər 430 dollar cərimələndibackend

30-dan çox insanı toya dəvət etdiyinə görə yeni evlənənlər 430 dollar cərimələndi

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Özbəkistanın Daşkənd şəhərində yeni evlənənlər otuzdan çox insanı dəvət edərək pandemiya zamanı qeyd etmə qaydalarını pozduqlarına görə cərimələniblər.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, sosial şəbəkələrdə toydan yayılan videodan sonra Daşkənd polis idarəsi vəziyyəti araşdırıb.

“Video 9 sentyabr tarixində Daşkənd vilayətinin Daşkənd rayonunda 29 yaşlı Əhmədjon T.-nin dostları ilə birlikdə bəy kimi gəldiyi yerdə çəkilib. Bundan əlavə, Əhmədjon öz toyunu Şeyxantaxur rayonundakı öz evinin həyətində təşkil edib, bura 40-dan çox qonaq gəlib”. Hüquq-mühafizə orqanının əməkdaşı belə deyib.

Bu faktla əlaqədar Özbəkistan İnzibati Məsuliyyət Məcəlləsinin 54-cü maddəsinə (“Epidemiya ilə mübarizə qaydalarının pozulması”) əsasən inzibati məsuliyyət haqqında protokol tərtib edilib. İndi yeni evlənənlər təxminən 430 dollar cərimə ilə üzləşirlər.

Keçən həftə Koronavirusla Mübarizə Qərargahının üzvü Rüstəm İkramov 30 nəfər üçün toy etmək prosedurunun ən azı sentyabrın sonuna qədər qalacağını söyləyib.

Xatırladaq ki, Özbəkistanda 15 avqustda karantin mərhələli olaraq yumşalıb. Bu, toyların keçirilməsi prosedurunu da təsir edib. Beləliklə, 15 avqustdan bəri özbəklərə 30 nəfərin iştirakı ilə (yalnız bu ərazidə yaşayan yaxın qohumlar) toy etməyə icazə verilir. Üstəlik, vətəndaşların həyətində baş tutan mərasimdə sanitariya və gigiyenik standartlara ciddi riayət edilməlidir.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*