30 yaşlı aktyor sevgilisi ilə birlikdə ölü tapıldıbackend

30 yaşlı aktyor sevgilisi ilə birlikdə ölü tapıldı

Amerikalı aktyor Gregory Tyree Boyce Las Vegasdakı mənzilində ölü tapılıb. Cəsədin yanında onun 27 yaşlı sevgilisinin də cəsədi aşkar edilib. Gənclərin mayın 13-də öldüyü deyilir, lakin ölümləri yalnız indi məlum olub.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Variety yazır.

Boyce və sevgilisinin ölümünə səbəb olan şey məlum deyil. Aktyorun 10 yaşlı bir qızı var.

Boycenin anası deyib ki, aktyor özünə restoran açacaqdı.

Gregory Tyree Boyce “Alaqaranlıq” fantaziya filmində rol alıb.

O, iki il əvvəl Apokalipsis filmində də çəkilib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*